Dünən vəfat edən şairdən ayrılıq şeiri

Dünən vəfat edən şairdən ayrılıq şeiri
calendar 1 sentyabr 2021
clock 12:01

Kulis.az “Günün şeiri” layihəsindən yenicə dünyasını dəyişən şair Əhməd Oğuzun “Ayrılıqlar” şeirini təqdim edir.

Suyumuz başdan bulandı,
Kor olsun ayrılıqları.
Göz yaşıyla durularsa,
Durulsun ayrılıqları.

Nә çәkdim bu yaşa kimi,
İndi sevmәk peşә kimi.
Sal әlindәn şüşә kimi,
Qırılsın ayrılıqları.

Mәni yerimdәn oynatdı,
Oydu, içimi göynәtdi.
Yenidәn sevmәk öyrәtdi -
Var olsun ayrılıqları...

view 3109 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news