Ey Milli Qəhrəmanım! – Ali Baş Komandana şeir yazıldı 

Ey Milli Qəhrəmanım! – Ali Baş Komandana şeir yazıldı 
calendar 27 oktyabr 2020
clock 11:30

Kulis.az ehiyatda olan polkolvnik Seymur Şeydayevin Ali Baş Komandana yazdığı şeiri təqdim edir.

Ali Baş Komandanım

Qəhrəmanlıq xalqımın
Ruhunda, qanındadı.
Xalqım tək qoymaz səni,
Hər zaman yanındadı,
Mil, Muğanım, Şirvanım,
Ali Baş Komandanım!

Mümkün olmayanı da
Sən əmrinlə mümkün et!
Xalqımız səninlədi
Dayanma, irəli get!
Qoy ölməsin inamım,
Ali Baş Komandanım!

Bir hücum əmrin ilə
Günəş doğdu üzümə.
Görüb qətiyyətini
İndi döndü özümə,
Həm şöhrətim, həm şanım,
Ali Baş Komandanım!

Böyük savaşımızı
Bütün dünya izləyir.
Baxıb şücaətinə
Yolumuzu gözləyir,
Türk yurdu İrəvanım,
Ali Baş Komandanım!

Bu sözləri deməyə
Bilin ki, çatır haqqım.
Bir ağızdan deyəcək
Bu qədirbilən xalqım,
Ey Milli Qəhrəmanım!
Ali Baş Komandanım!

view 8223 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news