Gənc şair Xudayara şeir yazdı – Mətn

Gənc şair Xudayara şeir yazdı – Mətn
calendar 29 iyun 2021
clock 10:30

Kulis.az gənc şair Elşad Baratın şəhid Xudayar Yusifzadəyə həsr etdiyi şeiri təqdim edir.

Mahnısını dinlədim,
Bağrım başı qan oldu...
Özü tarixə döndü,
Səsiylə dastan oldu.

Şəhid oldu Xudayar,
Ağladaraq hər kəsi,
Qaldı bizə yadigar,
Onun zəfər nəğməsi.

Üzündə təbəssümü,
Gülləyə qarşı çıxdı,
Təsadüf oxuduğu,
Qələbə marşı çıxdı.

Neçə belə mahnını,
Özüylə apardı o,
Savaşın ortasında,
Sevməyi bacardı o.

Oxudu vətən boyu,
Qələbə nəğməsini,
Susdurdu öz səsiylə,
Düşmənin gülləsini.

Qorudu vətəni də,
Bizi də, şəhid oldu,
Səsi də şəhid oldu,
Özü də şəhid oldu.

Şəhidlik havasını,
Çaldı ürəyimizdə,
Getdi Tanrıya sarı,
Qaldı ürəyimizdə.

Onun igidliyindən
Nəsillər danışacaq,
Vətənin ürəyində,
Əbədi yaşayacaq!

view 3196 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news