İtalyan şairin Xocalı şeiri

İtalyan şairin Xocalı şeiri
calendar 26 fevral 2020
clock 10:13

Kulis.az İtaliyalı şair Davide Qualtierinin "Xocalı" şeirini təqdim edir.

Şərqdən gələn qonağın
yükü hekayət olar –
amma mən duyduqlarım…
inanmıram dünyada
belə cinayət ola…

Uzaq, günəşli ölkədə
25 fevral gecəsi
qarlı kölgədə
qırdılar 613 günahsız adamı –
aman vermədilər biri də qaça
Xocalı şəhid oldu,
Xo-ca…

Elə bil muncuq
üzüldü sapınnan
topasına biçdilər xocalıları –
topunan…

Xocalı!
qətlinə fərman verənlər –
cani
bu zülmü görənlər –
cani!
görüb-götürənlər –
cani!
Amma göylər
götürməyəcək bu qədər qanı
and içirəm:
Tanrı canı…

Tərcümə: Qulu Ağsəs

view 3242 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news