İvan Buninin məktubları ABŞ-da dərc olundu

İvan Buninin məktubları ABŞ-da dərc olundu
calendar 5 yanvar 2021
clock 11:16

ABŞ-ın Kembric universitetinin kitabxanasında məşhur rusiyalı yazıçı İvan Buninin avtoqrafları və dostları Nikolay və Natalya Kulmanın ona ünvanladığı məktublar tapılıb.

Kulis.az xəbər verir ki, ABŞ-da dərc olunmuş "Avtoqraflar yanmır" kitabında İvan Buninə ünvanlanmış 50 məktubun ingiliscə tərcüməsi yer alıb.

1923-1953-cü illər dönəmini əhatə edən məktublarda Bunin və Kulman ailələrinin çoxillik dostluqlarının təfərrüatlarından bəhs edilir. İki ailənin Rusiyada başlamış dostluğu Parisdə də davam edib.

Qeyd edək ki, Bunin Nobel mükafatını qazandıqdan sonra Nikolay Kulmanı Nobel fondunun idarəçisi etmişdi.

view 1476 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news