Nobelli şairin Azərbaycan dilində kitabı çıxacaq - Foto

Nobelli şairin Azərbaycan dilində kitabı çıxacaq - Foto
calendar 5 aprel 2021
clock 10:25

Ötən il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən amerikalı şair Luiza Qlükün şeirlər kitabı Azərbaycan dilində nəşr olunacaq.

Kulis.azın verdiyi xəbərə görə, “Odisseyin qərarı” adlanan seçmə şeirlərdən ibarət kitabda müəllifin Nobel nitqi və yaradıcılığı haqqında bir təhlil yazı da yer alacaq.

Kitab "Mücrü" nəşriyyatında, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yeni DƏB" seriyasından çap olunacaq. Tərcüməçilər Səlim Babullaoğlu, Ferid Huseyn və Qismət Rüstəmovdur.

May be an image of 1 person and book

view 2248 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news