Pikassonun 45 milyonluq əsərini cırdılar

Pikassonun 45 milyonluq əsərini cırdılar
calendar 2 yanvar 2020
clock 15:56

Pikassonun Londonun "Tate Modern" muzeyində sərgilənən tablolarından birini zədələyiblər.

Kulis.az Böyük Britaniya mətbuatına istinadla xəbər verir ki, hücum sonrası 45 milyon manatlıq (20 milyon funt sterlinq) əsər bir neçə yerdən zədələnib. Lakin hadisənin detalları və əsərin durumu ilə bağlı ətraflı məlumat verilməyib.

Şübhəli şəxs qismində saxlanılan Şeykel Massey isə məhkəmə qarşısında ittihamı rədd edəcəyini açıqlayıb.

Tate Modern saytının verdiyi məlumata görə, cırılan əsər Pikassonun Dora Maara olan sevgisini əks etdirir. Tablo II Dünya Müharibəsinin sonlarında - 1944-cü ilin mayında Parisdə çəkilib.

view 3311 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news