Rəssamların virtual satış sərgisi davam edir

Rəssamların virtual satış sərgisi davam edir
calendar 14 noyabr 2020
clock 17:30

Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə rəssamların virtual satış sərgisi davam edir.

Kulis.az bildirir ki, sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı ilə reallaşıb. Satışdan əldə olunan bütün vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi nəzərdə tutulub.
Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150, 200, 250 AZN dəyərində qiymətləndirilir. Sərgi xoş əhval-ruhiyyə bəxş edən, o cümlədən Qarabağ və Qələbə əhval-ruhiyyəsində yaradılmış rəsm əsərlərindən ibarətdir.

view 1620 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news