Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı – Sabahdan Kulisdə

Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı – Sabahdan Kulisdə
calendar 4 mart 2021
clock 10:18

Yazıçı Azad Qaradərəli 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən roman yazıb.

Kulis.az xəbər verir ki, “Cəbrayıl əfsanəsi” adlı romanını proloq, epiloq və 19 fəsildən ibarətdir.

Hər fəsil qəhrəman həmvətənimizin ömrünün bir ilinə ithaf olunur.

Xatırladaq ki, yazıçı qədim Zəngəzurun tanınmış şəxsiyyətlərindən olan Qaçaq Fərzalı, Sultan bəy və Bəhlul əfəndinin də obrazlarını əsərə gətirmiş, onların da səsini Cəbrayılın və Vətən Müharibəsi qəhrəmanlarının səsinə qatmışdır.

Mart ayından etibarən hər həftənin cümə günü “Cəbrayıl əfsanəsi” romanını hissə-hissə oxuculara təqdim edəcəyik.

Saytımızı izləyin!

view 2856 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news