Allaha "çerez" Ərəbistan inanmıram - Azərbaycanlı yazardan qalmaqallı açıqlama

Aysel Aydın Əlizadə, yazar

Aysel Aydın Əlizadə, yazar

calendar 6 noyabr 2021
clock 22:24

"Ateistlərə həsəd aparıram"

Kulis.az xəbər verir ki, bu sözləri tanınmış yazıçı Aysel Aydın Əlizadə öz sosial şəbəkə hesabında paylaşıb. Paylaşımı sizə təqdim edirik:

"Özümü ateist olacaq qədər güclü saymıram, nə yalan deyim. Ateistlərə həsəd aparıram. Tək olmurlarmı, çarəsiz qalmırlarmı, kimdən umurlar, kimə ümid edirlər? Yalnız özlərinəmi? Yox, bu qədər güclü deyiləm. Tanrının varlığına inanıram. Bütün yaradıcılığımda tanrı var. Oxuyanlar bilir. Dalaşdığımız vaxtlar da olub. Olub. Demişəm, əgər bir işə yaramayacaqdısa, mutlu etməyəcəkdisə bunca üstünlüyü niyə verirdin? Verdiklərinin fərqindəyəm… Sağ ol da deyirəm.

Sonra barışırıq. Hiss edirəm ki, bir-birimizə lazımıq. Amması var…

Ona “çerez” Ərəbistan inanmağa gərək duymuram. Fikirləşirəm ki, Ərəbistanın əli yağlı olsa öz başına çəkərdi.

Ona “çerez” həyat inanıram. Bəlkə də başqa əlac yoxdu".

view 20922 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news