Türkiyəli sənətçi Qarabağ mövzusunda film çəkəcək

Türkiyəli sənətçi Qarabağ mövzusunda film çəkəcək
calendar 21 may 2014
clock 10:39

Hazırda Bakıda olan türkiyəli müğənni Əhməd Şəfəq Azərbaycanda film çəkəcək.

Kulis.az-ın Aktual.az-a istinadən verdiyi məlumata görə, ilk səhnələr avqustda çəkiləcək: “Sabah İstanbula qayıdıram. Filmə artıq hazırıq. Avqustun sonunda ilk səhnələri çəkməyə başlayacağıq. Sentyabrın əvvəlində çəkilişləri bitirməyi planlaşdırırıq. Rejissorlar Türkiyədən gələcək.

Bundan başqa 3 aktyor türk olacaq. Digər heyət üzvləri Azərbaycandan seçiləcək. Filmi Türkiyənin kino texnikasına uyğun çəkəcəyik. İnanıram ki, çox gözəl alınacaq”.

Film 1992-ci ildə real həyatda yaşanan hekayədən bəhs edir: “1990-cı illərin əvvəlindən bu günə qədər dövrü əhatə edəcək. Parçalanan ailə bütövləşəcək. Hər şey Türkiyədən gələn insanın Bakıya gəlişi ilə başlayacaq. O insanın öz problemləri var. Həm qızın, həm oğlanın iç dünyası açılacaq. Bu həm eşq hekayəsidir, həm də Qarabağla çox ciddi əlaqəsi olacaq”.

view 1536 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news