“Azdrama”da premyera

“Azdrama”da premyera
calendar 27 sentyabr 2014
clock 10:46

Sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşasının premyerası olub.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları xalq artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Mehriban Xanlarova, Almaz Amanova, Ayşad Məmmədov aktyorlar Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov və başqaları ifa ediblər.

view 1463 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news