5 ilə 29 film çəkilib

5 ilə 29 film çəkilib
calendar 6 mart 2013
clock 16:35

2012-ci ildə ölkənin sürətli inkişafı kino sahəsinin də inkişafına və bir sıra uğurlu layihələrin həyata keçirilməsinə imkan yaradıb. APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetindən Milli Məclisə ötən ilin yekunları ilə bağlı təqdim olunan hesabatda qeyd olunub.

2008-ci ildə Azərbaycan Prezidenti tərəfindən gələcək onillik üçün kinonun inkişafına dair Dövlət Proqramının təsdiq olunması, film istehsalına ayrılan büdcə vəsaitinin ildən-ilə artırılması, “Azərbaycanfilm” kinostudiyasının köklü modernləşdirilməsi – bütün texnoloji prosesləri əhatə edən avadanlığın tətbiqini nəzərdə tutan layihənin hazırlanması, “Nizami” kinoteatrının yenidən qurulması təmin edilib. Bu illər ərzində 29 tammetrajlı, 25 qısametrajlı, 10 animasiya, 61 sənədli film çəkilib ki, onun da 15 faizdən çoxu 2012-ci ilin payına düşür.

view 1884 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news