LGBT İsa Şahmarlını anacaq

LGBT İsa Şahmarlını anacaq
calendar 21 yanvar 2015
clock 15:34

“İsa Şahmarlı ilə bağlı hazırladığımız videonu dünyanın bütün LGBT şəbəkələrində yayacağıq”. Bunu Kulis.Aza açıqlamasında “Nəfəs” LGBT-nin rəhbəri Cavid Nəbiyev bildirib.

O, İsanın xatirəsinə sabah axşam Bakı və Tiflis şəhərlərində alov şarı yandırıb uçuracaqlarını vurğulayıb: “Həftə ərzində dünyanın başqa ölkələrində də bu cür aksiyalar keçirməyi planlaşdırırıq”.

Azad LGBT təşkilatının rəhbəri vəzifələrini icra edən Lalə Mahmud isə sabah İsa Şahmarlının qəbrini ziyarət edəcəklərini söyləyib: “Ötən il İsanın dəfni zamanı ailəsi ilə xoşagəlməz hadisə yaşanmışdı. Bu il insidentdən qaçmaq üçün yalnızca qəbrini ziyarət etməyi düşünürük. Bir də İsa haqqında hazırladığımız videonu təqdim edəcəyik”.

Xatırladaq ki, ötən il Yanvarın 22-də AZAD LGBT-nin rəhbəri İsa Şahmarlı intihar etmişdi.

view 1072 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news