Arif Əmrahoğlu vəfat edib

Arif Əmrahoğlu vəfat edib
calendar 19 iyul 2014
clock 09:46

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Arif Əmrahoğlu vəfat edib. Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

O qeyd edib ki, A. Əmrahoğlu bu gün səhər müalicə aldığı Milli Onkologiya Mərkəzində vəfat edib. A. Əmrahoğlunun ölümünə mədə xərçəngi səbəb olub.

Qeyd edək ki, Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifidir. Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun “Seçilmiş əsərləri”nin tərtibçisidir. A. Əmrahoğlu uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

view 2009 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news