Anar özünə müavin təyin edib

Anar özünə müavin təyin edib
calendar 19 dekabr 2014
clock 15:28

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza Beynəlxalq Mahmud Kaşğarlı Fondunun rəhbərinin müavini təyin edilib.

Bu barədə APA-ya Xəyal Rza özü məlumat verib.

X. Rza bildirib ki, bununla bağlı fondun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tərəfindən bu gün əmr imzalanıb: “Anar müəllimin rəhbərliyi altında fond bundan sonra böyük ədəbi layihələrə imza atacaq”.

Qeyd edək ki, Beynəlxalq Mahmud Kaşğarlı Fondu türkdilli ölkələrdə fəaliyyət göstərir.

view 1119 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news