Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi
calendar 20 iyun 2016
clock 12:32

Əslən Rusiyadan olan aktyor Anton Yelçin ABŞ-ın Kaliforniya ştatında vəfat edib. Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə aktyor avtomobillə kərpic poçt qutusu arasında sıxılaraq ölüb.

Polisin verdiyi məlumata görə onu tapanda avtomobilin motoru işlək vəziyyətdə, sürətlər qutusu isə neytralda imiş.

27 yaşlı aktyorun cəsədini tanışları aşkar edib.

Anton Yelçin 25-dən artıq filmdə çəkilib. Onların arasında “Ulduz yolu”, “Yalnız sevgililər sağ qalacaq” və başqa filmlər var.

view 1013 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news