Yeraltından kitablar açıldı

Yeraltından kitablar açıldı
calendar 7 yanvar 2013
clock 10:51

Bu gün (7 yanvar) saat 13:00- Xəmsə kitab evində “YerAltından Kitablar” kitab mağazasının açılışı və təqdimatı keçiriləcəkdir.

“YerAltı Kitab” layihəsinin məqsədi Türkiyədən ucuz və keyfiyyətli kitabların Azərbaycan oxucusuna çatdırmaqdır. Tibb, bədii, fəlsəfi, özünü inkişaf etdirici və s. kitablar kitabsevərlərin ixtiyarına veriləcək.

Açılışda kitablar ənənəvi qiymətindən nisbətən ucuz qiymətlərə oxuyucuların ixtiyarına veriləcək. Həmçinin tədbirdə iştirak edənlər arasında lotereya əsasında 3 kitabsevərə kitab hədiyyə ediləcək.

Mağaza Qoqol küçəsində (Rus Dram Teatrının yanı) yerləşir.

view 2639 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news