Sabir “Cütcü”nü nəyə sevinib yazmışdı?

Sabir “Cütcü”nü nəyə sevinib yazmışdı?
calendar 16 yanvar 2015
clock 11:16

Mirzə Ələkbər Sabir Fondunun rəhbəri, şairin nəvəsi Sevda Tahirli “Cütçü” şeirinin yaranmasının tarixçəsindən danışıb.

Kulis.az-ın məlumatına görə, o, “Aydın yol” qəzetinə verdiyi müsahibədə deyib ki, “Cütcü” atamın doğumu ilə əlaqədar yazılıb: “Babamın 11 övladı olub. Amma o dövrdə azyaşlı uşaqların ölümü adi hal idi. Sabirin uşaqları körpə-körpə tələf olurmuş. İlk övladı da oğlanmış, ancaq çox yaşamayıb. Atam isə sonuncu övladı idi. Sabir oğlu olması niyyəti ilə qurban deyir. Atam dünyaya gələndən sonra səhər tezdən qurban kəsməyə gedəndə görür ki, bir nəfər tarlada yer şumlayır. Elə yoldaca o şeiri yazır. Şeirdəki nikbin ruh oradan qaynaqlanıb”.

view 1255 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news