Di Kaprio ilk “Oskar”ını aldı

Di Kaprio ilk “Oskar”ını aldı
calendar 29 fevral 2016
clock 10:22

Amerikalı aktyor Leonardo Di Kaprio ilk dəfə "Oskar" mükafatına layiq görülüb. Kulisin xəbərinə görə, aktyor “Ən yaxşı kişi aktyor” mükafatı Alexandro Qonsales İnyartunun “The Revenant” ("Sağ qalmış") filmindəki roluna görə alıb.

Ümumilikdə film 12 nominasiya üzrə "Oskar"a namizəd göstərilib. A.Q.İnyartu özü “Ən yaxşı rejissor” işinə görə mükafata layiq görülüb.

Qeyd edək ki, bu, Di Kaprionun karyerasında ilk "Oskar" mükafatıdır. Buna qədər o, 5 dəfə aktyor, bir dəfə isə prodüsser olaraq "Oskar"a namizəd göstərilmişdi.

view 1028 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news