Hollivud aktrisası vəfat etdi

Hollivud aktrisası vəfat etdi
calendar 6 dekabr 2016
clock 09:55

Hollivudun tanınmış kino aktrisası Marqaret Uitton 66 yaşında dünyasını dəyişib.

APA-nın xəbərinə görə, bu barədə “Daily Mail” məlumat verib.

Marqaret Uitton Palm Biç şəhərində (Florida ştatı), öz evində vəfat edib. Məlumata görə, aktrisa son illər xərçəng xəstəliyi ilə mübarizə aparırmış.

M.Uitton “9 1/2 həftə” (1986) , “Uğurumun sirri” (1987) , “Yüksək liqa” (1989, 1994) kimi populyar filmlərdə, “Mayami polisi” serialında çəkilib.

view 1023 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news