Bunu ilk dəfə ərəblər görəcək

Bunu ilk dəfə ərəblər görəcək
calendar 6 mart 2013
clock 11:45

Fransanın Luvr muzeyinin filialı “Luvr Abu-Dabi” Pablo Pikassonun bu vaxta qədər heç yerdə sərgilənməmiş əsərini əldə edib. Kulis.Az lenta.ru saytına istinadən xəbər verdiyinə görə rəsm əsəri indiyə kimi şəxsi kolleksiyada saxlanılıb.

“Qadının portreti” ( “Portrait of a Lady”) adlanan əsərdə imperator II Aleksandrın nəvəsi, fransız maneken Nataliya Paley təsvir olunub. Pikasso ilə maneken xanımı rəssamın dostu, yazıçı və rejissor tanış edibmiş. Əsərin çəkilmə tarixi Pikassonun kubizm janrında yaratdığı dövrə təsadüf edir.

Bu əsər haqında ingilis incəsənət tarixçisi və Pikassso bioqrafı Con Riçardsonun 2007—ci ildə çapdan çıxmış “Pikassonun həyatı: zəfər illəri, 1917-1932” əsərində də söhbət açılıb.

Muzeyin əsərə görə ödədiyi məbləğ məlum deyil.

Rəsm əsəri ilk dəfə 22 aprel tarixində süni salınmış Səadət adasında “Minarat əl-Səadət” mərkəzində sərgilənəcək.

Xatırladaq ki, Səadət adasında regionun ən böyük muzey mərkəzinin tikilməsi planlaşdırılır. Adada başqa muzeylərin də filialları yer alacaq.

view 3347 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news