Tanınmış yazıçıya vəzifə verildi

Tanınmış yazıçıya vəzifə verildi
calendar 3 fevral 2015
clock 11:14

Yazıçı-dramaturq Samir Sədaqətoğlu Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat Xidmətinin rəhbəri təyin olunub.

Teatrdan APA-ya verilən məlumata görə, S. Sədaqətoğlunun bir neçə pyesi ölkə teatrlarında tamaşaya qoyulub və o, bir sıra mükafatlara layiq görülüb.

Teatrdan bildiriblər ki, S. Sədaqətoğlu prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2001-ci ildə çap olunmuş hekayələrinə görə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin “İlin ən yaxşı gənc nasiri” və Azərbaycan Yazıçılar Birliyinin Ülvi Bünyadzadə adına “Uğur” mükafatlarını alıb. Ona yaxın pyesin və bir neçə sənədli və bədii filmin ssenari müəllifidir.

view 1228 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news