“Uğur məktəbi” təqdim ediləcək

“Uğur məktəbi” təqdim ediləcək
calendar 28 iyun 2018
clock 14:03

ARB “Aran Film” Yaradıcılıq Mərkəzinin ərsəyə gətirdiyi “Uğur məktəbi” sənədli filmin təqdimatı keçiriləcək.

Kulis.azın məlumatına görə təqdimat 29 iyun saat 12:00-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin konsert zalında olacaq.

Ekran əsərində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fəaliyyətindən, uğurlarından, yetişdirdiyi tələbələrin xarici ölkələrdə qazandığı nailiyyətlərdən bəhs edilir.

Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatorları Rafiq Əliyev, Habil Muğanlı və Fahir Səmədoğlu, məsləhətçisi Respublikanın əməkdar artisti Əziz Qarayusifli, icraçı prodüseri Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

view 1127 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news