Bakı Uşaq Teatrında yeni tamaşa

Bakı Uşaq Teatrında yeni tamaşa
calendar 21 iyun 2019
clock 12:10

Bakı Uşaq teatrında yeni tamaşanın daxili baxışı keçirilib.

Teatrdan kulis.az-a verilən xəbərə görə, “Sehrli Tütək” adlı nağıl-tamaşanın ictimai baxışı 22 iyul saat 12:00-da teatrın müvəqqəti yerləşdiyi Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında keçiriləcək.

Azərbaycan xalq nağılı əsasında Maarif Məmmədovun ssenariləşdirdiyi İntiqam Soltanın quruluşunda hazırlanan tamaşada rolları Niyaz İlyasoğlu, Rauf Hüseynli, Mehman Piriyev, İlhamə Əhmədova, Natiq Fərzəliyev,Ədalət Ağaverdizadə, Könül Şahbazova,Gülər Ləzgiyeva, Qurban Əhmədov, Nicat Əhmədov, Flora Hüseynova, Gülnar Məmmədov, Turə Qasımlı, Gülnarə Abbasova, Emin Balayev, Günay Pirizadə və Nərminə Məhərrəmova ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkar Mahir İbrahimlidir.

view 1955 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news