Afaq Məsud Əhməd Sami ilə görüşüb

Afaq Məsud Əhməd Sami ilə görüşüb
calendar 12 sentyabr 2014
clock 16:40

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin nəzdnində fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin mədəniyyət attaşesi və müdiri Əhməd Sami Elaydy ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (AzTM) direktoru Afaq Məsud arasında qarşılıqlı əməkdaşlıq görüşü keçirilib.

Görüş zamanı Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və Qarabağ probleminə aid siyasi, elmi və bədii kitabların tərcümə məsələləri müzakirə edilib. Habelə, Misir Ərəb Respublikasının nəzdində fəaliyyət göstərən Milli Tərcümə Mərkəzi ilə AzTM arasında yaradıcı əlaqələrin qurulması, Misirdə keçiriləcək beynəlxalq sərgi-yarmarkalarda ölkəmizin təmsil olunması məsələləri ətrafında söhbət aparılıb. Gündəmə gətirilən məsələləri Mərkəz yaxın zamanlarda həyata keçirməyə başlayacaq.

view 1480 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news