Məşədi İbad mövsümə yekun vuracaq

Məşədi İbad mövsümə yekun vuracaq
calendar 12 iyul 2016
clock 10:25

Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümünə bu həftəsonu - iyulun 17-də yekun vuracaq.

Həmin gün dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq. Tamaşada Məşədi İbad obrazını canladıran Əməkdar Artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görülüb.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Səhnə əsərində rolları Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova, Əliməmməd Novruzov, Elçin İmanov, Elməddin Dadaşov, Fərid Rzayev və başqaları ifa edirlər.

view 1179 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news