Ejen İenesko ilk dəfə Azərbaycanda

Ejen İenesko ilk dəfə Azərbaycanda
calendar 14 may 2013
clock 15:11

İrəvan Dövlət Dram Teatrında rumıniyalı yazar Ejen İoneskonun “Stullar” əsəri səhnələşdirilir.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın rejissoru teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanovdur.

Üç obrazlı əsərdə rolları xalq artisti Tamella Abdullayeva və əməkdar artist Vaqif Kərimov ifa edirlər. Absurd teatrının əsasını qoyan bu əsər Azərbaycanda ilk dəfədir səhnələşdirilir. Tamaşanın premyerası yay aylarına təsadüf edəcək.

view 2297 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news