Vahid Əzizin Lenin haqqında şeiri

Vahid Əzizin Lenin haqqında şeiri
calendar 20 dekabr 2013
clock 12:29

"Qırmızı şeirlər"- LAYİHƏ

Sosialist realizmi bizim ədəbiyyatın bir hissəsidir. Onu tənqid edə, bəyənməyə, hətta ayrı-ayrı nümunələrinə ironiya ilə də yanaşa bilərik.

Amma sosrealizmi ədəbiyyat tariximizdən silmək mümkün deyil. Lakin sosrealizmə münasibətdə ən çox bu meyl-onu tarixdən silmək meyli gözə dəyir.

Halbuki partiyaya, Leninə, Stalinə yazılan şeirlərin hamısını ədəbi makulatura da adlandırmaq insafsız olardı.

Kulis.Az “Qırmızı şeirləri” rubrikasında unudulmuş o şeirləri bir daha oxucuya çatdırır.

Vahid Əziz

"Günəşlə bir üfüqdə" poemasından bir parça

Lenin bütün dillərdə

Səslənir vicdan kimi,

Lenin bütün dillərdə

Doğan Günəş deməkdir,

Bütün dünya keçəcək

Leninin məktəbini,

Bütün dünya sabaha

Leninə gələcəkdir!

İnsanlar var dünyada

Səadət, bilmir nədir,

Köləliyin içində

Kor kimi oynayırlar,

Bütün əzilənlərin

ümidi Lenindir,

Xalqlar günəşə deyil,

Leninə boy atırlar.

İlahi bir qüvvə var

Leninin varlığında,

Şəkli də, heykəli də

Min suala cavabdır,

Necə ki kainat var,

Səhərin qucağında,

Günəşlə bir üfüqdən -

Lenin ucalacaqdır!

view 4970 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news