Gənc Tamaşaçılar Teatrı səfərə gedir

Gənc Tamaşaçılar Teatrı səfərə gedir
calendar 14 oktyabr 2015
clock 14:44

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabrın 25-də Rusiya Federasiyasının Elista şəhərinə qastrol səfərinə gedəcək.

Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə, kollektiv 4 gün müddətində Milli Dram Teatrın səhnəsində uşaqlar üçün Pərvinin “Dəcəl keçi” və böyüklər üçün Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşalarını nümayiş etdirəcək.

Səfər çərçivəsində Elista Dövlət İncəsənət Muzeyində Gənc Tamaşaçılar Teatrının, eyni zamanda nümayiş olunacaq tamaşaların quruluşçu rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elşən Sərxanoğlunun əsərlərindən ibarət sərgi təşkil olunacaq.

Sərgidə rəssamın yüzdən artıq qrafika və yağlı boya ilə işlənmiş əsərlərinin nümayişi nəzərdə tutulub.

Daha sonra Elista şəhər Filarmoniyasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşı – aktyor-müğənni İlham Əsədovun iştirakı ilə xalq və müasir bəstəkar mahnılarından ibarət konsertin keçirilməsi də nəzərdə tutulub.

view 985 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news