Bakıda Stalinqrad döyüşünə aid sərgi

Bakıda Stalinqrad döyüşünə aid sərgi
calendar 19 iyul 2017
clock 09:55

Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Stalinqrad döyüşünün 75 illiyinə həsr edilən sərgi açılıb.

Açılış mərasimində çıxış edən “Rossostrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Stalinqrad döyüşündə sovet xalqının xidmətindən danışıb, faşizm üzərində qələbəyə Rusiya və Azərbaycan xalqlarının töhfəsini vurğulayıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə Stalinqrad müdafiəçilərinin nadir fotoşəkilləri yer alıb. /azertag.az/

view 1085 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news