Tənqidçi Elnarə Tofiqqızı vəfat etdi-YENİLƏNİB

Tənqidçi Elnarə Tofiqqızı vəfat etdi-YENİLƏNİB
calendar 20 sentyabr 2013
clock 15:18

Tənqidçi Elnarə Tofiqqızı vəfat edib. Bu barədə Kulis.Aza onun yaxınları məlumat verib. Elnarə xanım bu gün həyata keçirilən ağır əməliyyatdan ayılmayıb.

Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakültəsinin dekanı Elnarə Tofiqqızı məşhur jurnalist Anar Niftəliyevin həyat yoldaşı idi.

“Medi Sina” klinikasında əməliyyata hazırlıq vaxtı dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının cənazəsi hələ ki, ailəsinə təhvil verilməyib.

Lent.az-ın klinikada olan əməkdaşının verdiyi məlumata görə, E.Tofiqqızının yaxınları bildirib ki, bu gün o süd vəzilərindəki şişlə bağlı əməliyyat olunmalı idi. Amma əməliyyata hazırlıq zamanı, xəstəyə narkoz vurulan kimi E.Tofiqqızı komaya düşüb. Onu komadan ayıltmaq mümkün olmayıb və keçinib.

Allah rəhmət eləsin.

view 7591 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news