Anar Türkiyədə fəxri doktor seçilib

Anar Türkiyədə fəxri doktor seçilib
calendar 14 may 2014
clock 10:07

ANS PRESS-in AYB-nin mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə universitetin rektoru, professor Sami Özcanın başkanlığı, Fənn-ədəbiyyat fakültəsi dekanlığı iyirmi nəfərə yaxın professor və dosentin imzaladığı qərarla xalq yazıçısı Anara Qars Qafqaz Unuversitetinin fəxri doktoru adı verilib.

Qərarda göstərilir ki, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin məzunu olan, həm əsərləri, həm də “Qobustan” sənət toplusunda redaktorluğu ilə Azərbaycan türkcəsinin saflığı, gəlişməsi və irəliləməsi üçün mücadilə edən, 1991-ci ildə bağımsızlıq qazanan Azərbaycanın Milli Məclisinin ilk iclasını açmaq və idarə etmək şərəfinə layiq görülən, iki dönəm Azərbaycan Milli Məclisinin üzvü olaraq Azərbaycan kulturunun yüksəlməsi üçün əzmlə çalışan, Azərbaycan Ana Yasa Komisyonunun üzvü, Azərbaycan Yazarlar Birliyi başqanı və Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında önəmli qatqıları olan yazar, ssenarist, kinorejissor Anara bu çalışmalarından dolayı Fəxri doktorluq adı verilməsinə yekdilliklə qərar verilib.

view 1611 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news