Rusiyada hüquq sahibləri 700-dən artıq pirat video saytların siyahısını hazırlayıb.
Bu barədə kulis rus mətbuatına istinadən xəbər verir. İri onlayn kinoteatrlar runetini özündə birləşdirən “İnternet-video” Assosiasiyasının rəhbəri Aleksey Bırdinin sözlərinə görə, bu saytlar müəllif hüquqlarını pozmağa davam edərlərsə, onları ömürlük blok edəcəklər.
“İddianı hüquq sahibləri özləri və ya onların antipirat fəaliyyəti ilə məşğul olan etibarlı podradçılar qaldıra bilər”- deyə “İnternet-video”nun rəhbəri söyləyib.
- "Ən qısa hekayə"-də SƏSVERMƏ başladı!
- Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi - Fərman
- Həqiqətlərin nadinc səfili – Mövlud üçün ŞEİRLƏR
Rusiyada piratçılıq əleyhinə qanun mayın 1-dən qüvvəyə minir. Rusiyanın Kino və televiziya prodüserləri assosiasiyasının sədri Aleksandr Akopov piratların işinin bağlanmaq zamanı gəldiyini və bu işdə onlara “İnternet-video” assosiasiyasının kömək edəcəyini söyləyib.
Bırdinin sözlərinə görə, ümumi siyahıda 700-dən artıq sayt var. O, iddia qaldırılan 5 saytın adını çəkib: kinogol.net, bobfilm.net, kinozal.tv, zerx.tv, intv.ru.