Sabah Pantomima Teatrında premyeradır

Sabah Pantomima Teatrında premyeradır
calendar 23 iyun 2017
clock 09:51

Dövlət Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşasını təqdim etməyə hazırlaşır.

Anton Pavloviç Çexovun “Bədbəxtlik” əsəri əsasında hazırlanmış eyniadlı səhnə əsəri ilə teatrsevərlərin görüşünə gələcək.

Teatrdan bildirilib ki, premyerası iyunun 24-də gerçəkləşəcək səhnə əsərində teatrın bütün yaradıcı kollektivi iştirak edəcək.

Tamaşanın iyunun 25-də də nümayişi nəzərdə tutulur. /azertag.az/

view 1037 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news