Milli Arxiv İdarəsinin virtual sərgisi keçirilir

Milli Arxiv İdarəsinin virtual sərgisi keçirilir
calendar 25 oktyabr 2017
clock 15:59

Milli Arxiv İdarəsinin elektron xidmətlər mərkəzi “Almanlar Azərbaycanda 200 il” adlı virtual sərgi təşkil edib.

Bu barədə Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov məlumat verib.

“Sərgi Prezidenti İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında imzaladığı müvafiq Sərəncamın icrasını təmin etmək məqsədilə təşkil olunub. Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər Mərkəzi Dövlət Tarix Arxivinin və Dövlət Kino-Foto Sənədləri Arxivinin təqdim etdiyi sənədlər əsasında hazırlanan virtual sərgidə 40-dək fotoşəkil nümayiş olunur”,- deyə N.Eminov bildirib. /azertag.az/

view 999 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news