Berlin festivalının qalibi elan edilib

Berlin festivalının qalibi elan edilib
calendar 25 fevral 2018
clock 21:09

“Toxunma” (Touch Me Not) filmi 68-ci Berlin kino festivalının baş mükafatı olan “Qızıl ayı”ya layiq görülüb.

APA-nın xəbərinə görə, bunu festivalın münsiflər heyəti ötən gün təntənəli mərasimdə elan edib.

“Toxunma” filmi Rumıniya, Almaniya, Çexiya, Bolqarıstan və Fransa kinematoqrafçıları tərəfindən birgə istehsal olunub. Filmdə öz fobiyaları ilə mübarizə aparan 50 yaşlı Loranın keçdiyi yoldan bəhs edilir.

Qeyd edək ki, fevralın 15-dən davam edən Berlin kino festivalında 385 film nümayiş olunub və onlardan 24-ü əsas müsabiqəyə buraxılıb.

view 1136 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news