Musiqiçimiz İngiltərədə konsert verəcək

Musiqiçimiz İngiltərədə konsert verəcək
calendar 3 aprel 2018
clock 09:43

Aprelin 14-də Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev İngiltərənin Safron-Uolden şəhərində konsert proqramı ilə çıxış edəcək.

Azərtac Safron-Uolden Simfonik Orkestrinin saytına istinadla xəbər verir ki, Camal Əliyev konsertdə P.Çaykovskinin “Rokoko” mövzusunda variasiyalarını səsləndirəcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

view 1213 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news