“Azdrama”ya bədii rəhbəri təyin edilib

“Azdrama”ya bədii rəhbəri təyin edilib
calendar 1 sentyabr 2015
clock 09:18

Azərpaşa Nemətov mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əmri ilə Akademik Milli Dram Teatrının yeni təsis olunmuş bədii rəhbəri-baş rejissor vəzifəsinə təyin edilib.


Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, avqustun 31-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərpaşa Nemətovu teatrın rəhbərliyinə və bədii şura üzvlərinə təqdim edib.

Xatırladırıq ki, Azərpaşa Zəfər oğlu Nemət 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru vəzifəsində fəaliyyətə başlayib. Onun "Ah, Paris, Paris!.." (Elçin), "Mənim sevimli dəlim" (Elçin), "Hamlet" (Uilyam Şekspir), "Boy çiçəyi" (İlyas Əfəndiyev),"Şah Qacar" (Əli Əmirli) tamaşaları teatrsevərlərin rəğbətini qazanib.

Azərpaşa Nemətov Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvüdür.

view 1144 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news