“Rənglərin formulu” adlı sərgi olacaq

“Rənglərin formulu” adlı sərgi olacaq
calendar 17 may 2016
clock 11:30

İyunun 3-də Muzey Mərkəzində tanınmış rəssam Vüqar Muradovun “Rənglərin formulu” adlı fərdi sərgisi açılacaq.

Kulis.Az Azərtaca istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək sərgidə rəssamın müxtəlif mövzularda sənət əsərləri nümayiş olunacaq.

Qeyd edək ki, müasir Azərbaycan incəsənətinin ən istedadlı nümayəndələrindən biri olan Vüqar Muradov 1967-ci ildə Bakıda doğulub, 1986-cı ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. O, 1997-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 1989-cu ildən başlayaraq onun Vaşinqtonda, Tehranda, Moskvada, Parisdə, Lüksemburqda sərgiləri keçirilir.

Rəssamın sənət əsərləri dəfələrlə Nyu-Yorkun “MoMA The Museum of Modern Art”, Vaşinqtonun “Solomon R. Guggenheim Museum” və “Central and Eastern European Art Foundation” kimi sərgi məkanlarında nümayiş olunub.

Vüqar Muradov, həm də karikatura janrında bir çox əsərlərin müəllifidir.

view 991 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news