"Budağın xatirələri" yenidən nəşr olundu

"Budağın xatirələri" yenidən nəşr olundu
calendar 6 avqust 2013
clock 10:58

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq Yazıçısı Əli Vəliyevin “Budağın xatirələri” romanı birinci və ikinci kitablar şəklində yenidən nəşr olunub.

AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən və iki kitabdan ibarət romanın redaktoru yazıçının nəvəsi, tanınmış nasir və dramaturq Afaq Məsuddur.

Nəfis tərtibat və yüksək zövqlə hazırlanmış kitab “Elm və Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çap olunub.

view 2071 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news