Xanım İsmayılqızı ölüm haqqında şeir yazdı

Xanım İsmayılqızı ölüm haqqında şeir yazdı
calendar 10 sentyabr 2014
clock 13:41

Tanınmış şairə-bəstəkar Xanım İsmayılqızı ölüm haqqında şeir yazaraq, öz FB səhifəsində paylaşıb. Kulis.Az həmin şeiri təqdim edir.

Xurcunumuz çiynimizdə,
Həyatımız da içində.
Ömür oğrusu pusquda,
Gözləyir bizi o tində.

Dəqiq adını bilən yox,
Biri fələk deyir ona.
Biri əcəl, biri tale,
Biri mələk deyir ona.

Əzrailin qohumları,
Neçə üz geyinib gəzir.
Quş ovlayan ovçu kimi,
Ovuna sevinib gəzir.

İblisi var, şeytanı var,
Güdürlər hər addımını.
Öz yolunla gedə-gedə,
Gəl indi bunları tanı.

Allahına inanaraq,
Xurcununu daşıyırsan.
Hər gün bir tin oğurlanıb,
Ölə-ölə yaşayırsan.

10 sentyabr, 2014.

view 2089 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news