Əli Kərimin yeni əsərləri nəşr olundu

Əli Kərimin yeni əsərləri nəşr olundu
calendar 2 oktyabr 2014
clock 10:22

“Şərq-Qərb” nəşriyyatında görkəmli Azərbaycan şairi Əli Kərimin seçilmiş əsərlərinin II cildi çapdan çıxıb. Kulis.Azın məlumatına görə bu cildə şairin nəsr əsərləri – məqalələri, müsahibəsi, hekayələri, pyesləri, “Mavi nəğmənin sahilində” povesti və “Pillələr” romanı daxil edilib.

Əli Kərimin nəsr əsərləri ilk dəfə bir kitab halında oxuculara təqdim edilir. Burada şairin indiyədək işıq üzü görməmiş əsərləri də vardır.

Kitabın tərtibçisi və redaktoru filologiya elmləri doktoru Paşa Əlioğludur.

view 1778 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news