Bilet al, məşhur qəhrəmanlarla selfi çəkdir

Bilet al, məşhur qəhrəmanlarla selfi çəkdir
calendar 13 iyul 2016
clock 13:47

Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin müştərək layihəsi çərçivəsində hazırlanan “Buzlar diyarı” tamaşasının premyera tarixi müəyyənləşib.

Kulis.Azın xəbərinə görə, Hans Kristian Andersenin nağılları əsasında hazırlanan tamaşa oktyabr ayının 22-sində Akademik Opera və Balet Teatrının binasında Azərbaycan tamaşaçılarına təqdim olunacaq.

Azərbaycan və rus dillərində nümayiş olunacaq tamaşanın biletləri artıq şəhərin bütün kassalarında və Asan xidmət mərkəzlərində satışdadır.

Biletləri yayda alanlara Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi sevimli qəhrəmanlarla selfi hədiyyə olunacaq.

view 1067 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news