Hər il ənənəvi olaraq təşkil olunan Beynəlxalq Monreal Film Festivalında Türkiyə bu il qonaq ölkə qismində iştirak edəcək.
Anadolu xəbər agentliyinin məlumatına görə, Kanadada keçirilən festivalın müsabiqə bölümünə türk filmləri də qatılacaq.
Belə ki, “Rüzgarda salınan Nilüfer” filmi “World Film Competition” bölümündə , “Toz”, “Yemekteydik ve Karar Verdim” filmləri, “First Films” bölümündə, "Yaktın Beni" filmi isə “Regard” bölümündə yarışacaq.
- Uğur az dost gətirir - Uğur haqqında aforizmlər
- Manual terapevt: “Palma yağı, rəngli sular, jelebom uşaqlarda onurğa əyriliyinə səbəb olur” – Müsahibə
- Dilimi göstərməkdən utanaram – Günün Şeiri
Sentyabrın 5-dək davam edəcək festivalda İsabelle Adjani və Willem Dafoe kimi dünya şöhrətli Hollivud ulduzlarının da iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycan filmləri ötən illərdə sözügedən film festivalında iştirak edərək, müxtəlif nominasiyalarda uğur qazanıb. Bu il isə filmlərimiz festivalda nümayiş olunmayacaq.