Bəstəkar Pikə Axundovanın konserti olacaq

Bəstəkar Pikə Axundovanın konserti olacaq
calendar 6 oktyabr 2017
clock 17:34

Dekabrın 11-də Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyası «Mədəniyyət» Kanalının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar-pianoçu Pikə Axundovanın mahnılarından ibarət konsert keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, konsertdə xalq artistləri Aygün Bayramova, Samir Cəfərov, əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova, Zaur Əmiraslanov, müğənnilər Zamiq Hüseynov, Zabitə Alıyeva Səbinə Ərəbli, Orxan Cəlilov və başqaları bəstəkarın mahnılarını ifa edəcəklər. İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri müşayiət edəcək.

Dirijor Fərhad Qarayusiflidir. Konsertdə həmçinin əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu və Şəhriyar İmanov da çıxış edəcəklər.

view 1056 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news