Luvrda azərbaycanlı rəssamlarla görüş olub

Luvrda azərbaycanlı rəssamlarla görüş olub
calendar 23 oktyabr 2017
clock 09:58

Luvr muzeyinin Karusel salonunda 21-ci “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi davam edir.

Kulis.az Azərtaca istinadən xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Karusel salonunda azərbaycanlı rəssamlarla görüşüb, onların pavilyonlarına baş çəkib, sərgilənən əsərlərə baxıb.

Görüşdə diplomat Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin Fransada təşviqi istiqamətində həyata keçirdiyi layihələri xatırladıb. Belə sərgilərin əhəmiyyətinə toxunub, bu cür tədbirlərin mədəniyyətimizin, rəssamlarımızın ölkəmizin sərhədlərindən kənarda tanınmasına böyük töhfə verdiyini qeyd edib.

Söhbət zamanı gələcəkdə belə sərgilərə daha çox rəssamların cəlb edilməsinin vacibliyi vurğulanıb. Rəssamlar sərgilənən əsərləri barədə məlumat veriblər.

view 1343 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news