Zeynəb Xanlarova Türkiyədə konsert verəcək

Zeynəb Xanlarova Türkiyədə konsert verəcək
calendar 29 noyabr 2017
clock 17:50

Dünya şöhrətli müğənnimiz, SSRİ Xalq Artisti Zeynəb Xanlarova gələn il Türkiyədə geniş konserti proqramı ilə çıxış edəcək.

Konsert 2018-ci il martın 17 və 18-də İstanbulda baş tutacaq.

Qeyd edək ki, Türkiyədə Zeynəb Xanlarovanın sənətinə yüksək qiymət verilir. Ona Ankara Jurnalistlər Birliyi tərəfindən “İlin sənətçisi”, Türk Basın Birliyi tərəfindən isə “Basın və başarı” mükafatları verilib. “Dünyanın Zeynəbi” adlandırılan sənətkar dəfələrlə qardaş Türkiyədə olub, əvəzsiz ifaları və mahnıları ilə ürəklərdə silinməz izlər qoyub. /azertag.az/

view 1273 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news