Şair Sevinc Çılğının imza günü keçiriləcək

Şair Sevinc Çılğının imza günü keçiriləcək
calendar 22 aprel 2013
clock 13:12

Şair Sevinc Çılğın "Alaçarpa" şeirlər kitabı üçün kitab günü keçirir. Kulis.Azın məlumatına görə kitab günü aprelin 27-i saat 18:00-da "Park Bulvar"ın birinci mərtəbəsində, "Əli və Nino" kitab mağazasında baş tutacaq.

Müəllif imza gününündə öz şeirlər kitabını 50 faiz endirimlə satacaq. Məqsəd "Əli və Nino" kitab mağazaları şəbəkəsinin "Qanun" nəşriyyatı ilə birgə keçirdiyi "ƏDV-yə yox deyək" kampaniyasına dəstək vermək və oxucularla görüşməkdir.

Kitab günündə müəllif kitab imzalamaqdan əlavə öz şeirlərindən də oxuyacaq.

view 1933 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news