Tehran Əlişanoğlunun yeni kitabı çap olundu

Tehran Əlişanoğlunun yeni kitabı çap olundu
calendar 17 fevral 2015
clock 11:11

Bu yaxınlarda tənqidçi Tehran Əlişanoğlunun “Müstəqillik körpüsünü keçənlər” adlı kitabı çap olunub. Kulis.Azın məlumatına görə kitab müəllifin 55 yaşına dostlarının hədiyyəsidir.

Kitabda filoloji elmlər doktur, tənqidçi Tehran Əlişanoğlunun müstəqillik illəri Azərbaycan ədəbiyyatına dair yazıları toplanıb. Portret-oçerk, yubiley yazısı, məqalə və ya resenziya janrından asılı olmayaraq müəllifin hədəfində bilavasitə yazıçılar, şairlər, ədəbiyyatşünaslar və tənqidçilər, ədəbiyyat adamlarıdır.

Toplu müstəqillik epoxasına ədiblərin yaradıcılığının içindən baxmaq cəhdidir. Hər bir mətndə ayrıca və kitabda bütövlükdə sovet dönəmini arxada qoyub müstəqilliyinə doğru gəlişən Azərbaycan ədəbiyyatının mənzərələrini görmək olar.

view 1004 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news